USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Serbiya prezidenti Vuçiç: Qərb Rusiya ilə hərbi münaqişəyə hazırlaşır

22.07.2024 Siyasət
0 0
Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Qərb Rusiya ilə hərbi münaqişəyə hazırlaşır.

Serbiya prezidenti Aleksandar Vuçiç televiziya kanalına Ukraynadakı müharibə ilə bağlı açıqlama verib. Vuçiç Qərbin hazırda Rusiya ilə birbaşa münaqişəyə hazır olmadığını, buna görə də başqalarının vasitəsi ilə, sərmayə qoyaraq müharibəni uzaqdan aparmaq istədiklərini bildirib.

Amma düşünürəm ki, hazır olacaqlar. Onlar Rusiya Federasiyası ilə münaqişəyə hazırlaşırlar və hər mənada bəzilərinin görmək istədiyindən qat-qat sürətlidirlər. Biz bunu onların hərbi hazırlıqlarından bilirik, necə getdiklərini bilirik.

Qərblilər ölmədikcə, müharibədə nə qədər ukraynalının ölməsinin Qərbin vecinə olmayacağını bildirən Vuçiç bunun səbəbinin Rusiyada çoxlu neft, qaz, fosfat, qızıl, gümüş və ehtiyacı olan hər şeyə malik olması olduğunu deyib.