USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ və İraq arasında təhlükəsizlik sahəsində əməkdaşlıq danışıqları başlayıb

23.07.2024 Siyasət
0 0
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ və İraq rəsmilərinin təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etmək üçün görüşdüyünü bildirib.

Pentaqonun sözçüsü general-mayor Pat Ryder jurnalistlərə açıqlamasında "Pentaqon 2024-cü il ABŞ-İraq Birgə Təhlükəsizlik Əməkdaşlıq Dialoqu (JSCD)"na ev sahibliyi edir. Görüşlər bu gün və sabah davam edəcək" deyib.

Ryder, JSCD-nin ABŞ prezidenti Co Bayden ilə İraqın Baş naziri Məhəmməd Şii əl-Sudani arasında aprel ayında Vaşinqtonda keçirilən görüşündən ortaya çıxan Ali Hərbi Komissiyanın (HMC) işi əsasında qurulduğunu söyləyib.

Tərəflər nizamlı şəkildə daimi ikitərəfli təhlükəsizlik tərəfdaşlığına necə keçidi müzakirə edəcəklər

Tərəflərin terror təşkilatı DEAŞ-a qarşı qlobal koalisiyanın İraqdakı missiyasının nə vaxt və necə bitəcəyini və nizamlı şəkildə daimi ikitərəfli təhlükəsizlik ortaqlığına necə keçiləcəyini müzakirə edəcəklərini ifadə edən Ryder, “Bu dialoq görüşünü bu həftə keçirdik. Həm HMC-nin son bir neçə aydakı işinə əsaslanır. Bu, iki ölkənin ikitərəfli təhlükəsizlik əlaqələrini gücləndirmək əzmini, eləcə də qlobal koalisiyanın İraqdakı hərbi missiyasının qarşıdan gələn 10-cu ildönümünü əks etdirir" dedi.