USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

1162 nəfərin deputatlığa namizədliyi irəli sürülüb - Məzahir Pənahov

24.07.2024 Siyasət
0 0
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1162 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Kommersant.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

"Namizədliyi irəli sürülənlər arasında 24 siyasi partiyanın 449 nümayəndəsi var. Namizədliyi təsdiq olunan 999 nəfərdən 395-i siyasi partiyaların nümayəndələridir. İndiyə qədər 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb", - o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.