USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran Almaniya səfirini Xarici İşlər Nazirliyinə çağırıb

24.07.2024 Siyasət
0 0
Almaniyanın Tehrandakı səfiri Hans Udo Muzel Berlin administrasiyasının bəzi İran dini mərkəzlərini bağlamaq qərarından sonra İran Xarici İşlər Nazirliyinə çağırılıb. Açıqlamada Almaniyanın qərarının insan haqlarına zidd olduğu və Tehran rəhbərliyinin bu qərarı pislədiyi bildirilib.

Almaniyanın Tehrandakı səfiri Hans Udo Muzel İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İran Xarici İşlər Nazirliyindən verilən açıqlamada Berlin administrasiyasının İranın bəzi dini mərkəzlərini bağlamaq qərarına cavab olaraq səfir Muzelin Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.

Açıqlamada Almaniyanın qərarının insan haqlarına zidd olduğu və Tehran rəhbərliyinin bu qərarı pislədiyi bildirilib. Açıqlamada bağlanan dini mərkəzlər arasında yer alan Hamburq İslam Mərkəzinin İslami təhsil verməklə ekstremizmə qarşı mübarizə apardığı bildirilib: “Təəssüf ki, Almaniyanın bu gün qəbul etdiyi qərar açıq şəkildə İslam əleyhinədir. Bu qərar diktatura nümunəsidir və ictimaiyyəti cinayətə sövq edir”.

Almaniya İranın Hamburq İslam Mərkəzi və onun törəmə müəssisələrinin fəaliyyətini dayandırmaq qərarına gəlib.

Almaniya Daxili İşlər Nazirliyindən verilən açıqlamada, Hamburq İslam Mərkəzinin radikal ideyaları yaydığı əsas gətirilərək fəaliyyətinə xitam verildiyi və mərkəzə aid 53 binanın bağlandığı açıqlanıb.