Rusiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipajın həlak olduğu açıqlanıb. Rusiya Müdafiə Nazirliyi qəzanın texniki nasazlığın səbəb ola biləcəyini bildirib.
Rusiyanın Kaluqa vilayətinin Jidrinski şəhərində Mi-28 tipli hərbi helikopter qəzaya uğrayıb.
Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa açıqlamasında ekipajın qəza nəticəsində həyatını itirdiyini bildirib və yaxınlarına başsağlığı verib. Ekipajın həyatlarının son anlarına qədər vəzifələrinə sadiq qaldığını bildirən Şapşa onları qəhrəman kimi xarakterizə edib.
Helikopterdəki ekipajın sayı dəqiqləşdirilməsə də, Rusiya Müdafiə Nazirliyi qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini bildirib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.