Gürcüstanın Ədliyyə Nazirliyi "Xarici agentlər haqqında" qanun üzrə təşkilatların qeydiyyatı üçün reyestr yaradıb.
Kommersant.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze məlumat verib.
Brifinqdə çıxış edərkən o bildirib ki, 1 avqust tarixindən xaricdən maliyyələşən təşkilatlar ərizə təqdim edə bilərlər.
Breqadze əlavə edib ki, qanunun qüvvəyə minməsindən sonra Ədliyyə Nazirliyinin yaratmalı olduğu texniki baza tam hazırdır.
Xatırladaq ki, Gürcüstanda "Xarici agentlər haqqında" qanun 3 iyun tarixində qəbul edilib. Gürcüstan prezidenti Salome Zurabişvilinin müqavimətinə və vetosuna, eləcə də, xarici diplomatların etirazlarına baxmayaraq, parlament bu qanunun ilkin versiyasının qaytarılmasına nail olub.
Lakin Gürcüstanın dövlət başçısı qanunda nəzərdə tutulmuş bir sıra norma və maddələrə etiraz edir. O hesab edir ki, onlar ölkə konstitusiyası ilə ziddiyyət təşkil edir.