USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xidmət rəisi vəzifəsindən azad olundu

30.07.2024 Siyasət
0 0
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad olunub.

Kommersant.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun iyulun 30-da imzaladığı Sərəncama əsasən Namiq Nəriman oğlu Paşayev Naxçıvan MR Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Ətraflı
Həmçinin, eyni tarixli digər bir Sərəncamla isə Xidmət rəisi təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Hüseyn oğlu Abbasova həvalə edilib.