USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa vətəndaşlarını İranı tərk etməyə çağırıb

02.08.2024 Siyasət
0 0
Fransa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Kommersant.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, hərbi vəziyyətin gərginləşməsi səbəbindən Fransa vətəndaşları İranı tərk etməlidir.

Qeyd edək ki, bir qədər əvvəl Fransa XİN ölkə vətəndaşlarını İsrail, Livan və Fələstin ərazilərinə səfər etməməyə çağırıb.

"Reuters"in yaydığına görə, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünün fonunda Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq, aviaşirkətlər bu istiqamətlər üzrə reysləri təxirə salır.