USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qətər və ABŞ təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalayıb

06.08.2024 Siyasət
0 0
Qətər və ABŞ, Qətərin paytaxtı Dohada iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın yaxşılaşdırılması üçün müqavilə imzalayıb.

Qətər Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sazişi Qətər Dövləti adından Daxili İşlər Nazirliyinin müşaviri Abdullah bin Halef bin Hattab Əl Kaabi, ABŞ tərəfindən isə Qətər səfiri Timmi Devis imzalayıb.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin müşaviri və ABŞ səfiri təhlükəsizlik sahəsində iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrinin dəstəklənməsi və inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

ABŞ 2022-ci ildə Qətəri “NATO olmayan mühüm müttəfiq” kimi tanıyıb.