USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ dövlət katibi Blinken: Biz İsraili müdafiə etməyə davam edəcəyik

07.08.2024 Siyasət
0 0
Yaxın Şərqdə münaqişə tərəflərini gərginliyi daha da artırmamağa çağıran ABŞ dövlət katibi Antoni Blinken xəbərdarlıq edib: “Daha çox hücumlar heç kimin proqnozlaşdıra bilməyəcəyi və tam nəzarət edə bilməyəcəyi təhlükəli nəticələrin riskini artırır”.

ABŞ dövlət katibi Antoni Blinken və ABŞ müdafiə naziri Lloyd Ostin “Avstraliya-ABŞ Nazirlər Konsultasiyaları (AUSMIN) 2024” görüşü çərçivəsində ABŞ-ın Merilend ştatının Annapolis şəhərində avstraliyalı həmkarları Penni Vonq və Riçard Marles ilə görüşüb. Görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında Yaxın Şərqdəki hadisələrlə bağlı açıqlamalar verən Blinken, gərginliyin azaldılması və qarşıdurmaların yayılmasının qarşısının alınması üçün intensiv işlərə davam etdiklərini bildirib. Blinken, bir neçə gündür bölgədəki və onun hüdudlarından kənardakı tərəfdaşları ilə təmasda olduqlarını ifadə edərək, “Biz eşitdik ki, bu görüşlərdə açıq bir konsensus var: Heç kim bu münaqişəni böyütməməlidir” deyib.

“İsraili müdafiə etməyə davam edəcəyik”

Bu mesajı birbaşa İran və İsrailə çatdırdıqlarını vurğulayan Blinken, “İsrailin təhlükəsizliyinə olan bağlılığımız sarsılmazdır. “Əsgərlərimizi müdafiə etməyə davam edəcəyimiz kimi, İsraili də terrorçu qrupların və ya onların dəstəkçilərinin hücumlarına qarşı müdafiə etməyə davam edəcəyik” dedi.

Bölgədəki hər kəsin daha çox hücumun yalnız qarşıdurmaya, qeyri-sabitliyə və etibarsızlığa təkan verəcəyini anlaması lazım olduğunu vurğulayan Blinken xəbərdarlıq edib: “Daha çox hücum heç kimin proqnozlaşdıra bilməyəcəyi və ya tam nəzarət edə bilməyəcəyi təhlükəli nəticələrin riskini artırır”.