USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mask Harrisdən müsahibə götürməyə hazır olduğunu bildirib

07.08.2024 Siyasət
0 0
Mask təkcə Trampdan deyil, Harrisdən də müsahibə almağa hazır olduğunu bildirib.

Amerikalı milyarder və ixtiraçı İlon Mask təkcə ABŞ prezidentliyinə namizəd Donald Trampla deyil, həm də onun rəqibi Kamala Harrisdən müsahibə almağa hazır olduğunu bildirib. Bu barədə o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında yazıb.

Belə ki, Mask sosial şəbəkə istifadəçilərindən birinin Harrisin heç bir halda onunla müsahibəyə razı olmayacağı ilə bağlı sözlərinə cavab verib.

Tramp daha əvvəl yazmışdı ki, 12 avqust bazar ertəsi axşam Maska uzun müsahibə verəcək. Respublikaçıların prezidentliyə namizədi hələlik başqa təfərrüatları açıqlamayıb.