USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın Kursk vilayətində qarşıdurmalara görə fövqəladə vəziyyət elan edilib

07.08.2024 Siyasət
0 0
Ukrayna sərhədi yaxınlığında yerləşən Rusiyanın Kursk vilayəti qubernatorunun müavini Aleksey Smirnov bildirib ki, Rusiya və Ukrayna hərbi qüvvələri arasında baş verən qarşıdurmalar səbəbindən bölgədə fövqəladə vəziyyət elan edilib.

Smirnov Telegram kanalında verdiyi açıqlamada Ukrayna ordusunun dünən Kursk bölgəsinə başlatdığı hücumlardan sonrakı vəziyyətlə bağlı məlumat verib.

Vəziyyətin "çətin" olduğunu, lakin nəzarət altında olduğunu bildirən Smirnov, "Düşmən qoşunlarının Kursk bölgəsinə daxil olmasının nəticələrini aradan qaldırmaq üçün avqustun 7-dən etibarən bölgədə fövqəladə vəziyyət elan etmək qərarına gəldim" dedi.

Rusiya Səhiyyə Nazirliyi bölgədə Ukrayna əsgərlərinin hücumu nəticəsində yaralananların sayının 31-ə yüksəldiyini açıqlayıb.

Ötən gün Ukrayna ordusunun Rusiya ərazisi olan Kursk vilayətinə qarşı başlatdığı hücumlardan sonra iki ordu arasında şiddətli qarşıdurma yaşanıb.

Rusiya Müdafiə Nazirliyi Kursk bölgəsinə hücum edən Ukrayna ordusunun qoşunlarının itki verdiyini və əks əməliyyatın davam etdiyini açıqlayıb.

Ölkənin Səhiyyə Nazirliyi də bölgədə Ukrayna əsgərlərinin hücumu nəticəsində 6-sı uşaq olmaqla 24 nəfərin yaralandığını bildirib.

Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Smirnov, Rusiya-Ukrayna sərhədində hücuma məruz qalan yaşayış məntəqələrindən dinc sakinlərin təxliyyəsinə başladıqlarını və bir gündə yüzlərlə mülki vətəndaşın bölgədən təxliyə edildiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin Kursk bölgəsindəki vəziyyətlə bağlı təhlükəsizlik rəsmiləri ilə görüş keçirərək Rusiya hökumətindən mülki şəxslərə lazımi dəstəyin göstərilməsi üçün lazımi addımların atılmasını istəyib.