USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Misir xəbərdarlıq etdi: İranın hava məkanından uzaq durun

07.08.2024 Siyasət
0 0
Misir Tel-Əviv və Tehran arasındakı gərginliyə görə cümə axşamı səhər tezdən bütün aviaşirkətlərə üç saat İranın hava məkanından uzaq durmağı əmr edib.

İsrailin İranın paytaxtı Tehranda Həmas lideri İsmayıl Haniyəni öldürməsindən sonra bölgədə gərginlik artır.

"Reuters"in məlumatına görə, Qahirə rəsmiləri "Bütün Misir aviadaşıyıcıları Tehran üzərində uçuşlardan çəkinəcəklər. Sözügedən bölgə üzərində heç bir uçuş planı qəbul edilməyəcək" deyib.

Sözügedən təlimat gecə saat 01.00-dan 04.00-a qədər olan saatları əhatə edir.

Misir rəsmisi Tehrana istinadən bildirib ki, “hərbi təlimlər” səbəbilə İranın hava məkanında uçmaqdan çəkinmək lazımdır.

"İran hakimiyyətinin bütün mülki aviasiya şirkətlərinə göndərdiyi hesabata əsasən, İranın hava məkanı üzərindən uçuşlardan çəkinmək lazımdır", - deyə adı açıqlanmayan rəsmi bildirib.