USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada kriptovalyuta istehsalı qanuniləşib

08.08.2024 Siyasət
0 0
Rusiya prezidenti Vladimir Putin kriptovalyuta istehsalının leqallaşdırılması haqqında qanunu təsdiqləyib. Digər tərəfdən, Putin beynəlxalq ödənişlərdə və Forex əməliyyatlarında kriptovalyutaların eksperimental istifadəsini qanuniləşdirən qanunu da təsdiqləyib.

Putinin imzaladığı fərmanla ölkədə kriptovalyuta istehsalı noyabr ayından etibarən qanuniləşdi.

Bloomberg HT-nin tərtib etdiyi məlumatda yer alan fərmana görə, Rusiya hökuməti tərəfindən müəyyən edilən fiziki şəxslər və şirkətlər müəyyən edilmiş enerji istehlakı limitlərini aşmamaq şərti ilə kriptovalyutaları çıxara biləcəklər.

Rusiya Mərkəzi Bankı 2021-ci ildə hazırladığı hesabatla ölkədə kriptovalyutaların tamamilə qadağan edilməsini tələb etdi. Bununla belə, Ukrayna müharibəsindən sonra Rusiya bankları SWIFT ödəniş sistemindən çıxarıldıqdan sonra ölkədə kriptovalyutalar getdikcə geniş yayılıb.

Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina iyulun 30-da verdiyi açıqlamada kripto pulların beynəlxalq ödənişlərdə istifadəsinə ilin sonuna kimi başlaya biləcəyini bildirib.

Digər tərəfdən, Putin beynəlxalq ödənişlərdə və Forex əməliyyatlarında kriptovalyutaların eksperimental istifadəsini qanuniləşdirən qanunu təsdiqləyib. Müvafiq olaraq, kriptovalyutalar beynəlxalq ödənişlərdə və Forex əməliyyatlarında eksperimental olaraq istifadə edilməyə başlayacaq və prosesə Rusiya Mərkəzi Bankı nəzarət edəcək.