USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

8 norveçli diplomatla bağlı İsraildən qərar

08.08.2024 Siyasət
0 0
İsrail mayın 28-də Fələstin dövlətini tanıdığını elan edən Norveçin Fələstinə diplomatik nümayəndələrinin akkreditasiya və vizalarını ləğv etdiyini açıqlayıb.

İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada Norveçin Fələstin ərazilərində diplomatik xidmət göstərmək üçün təyin etdiyi 8 diplomatın akkreditasiyasının ləğv ediləcəyi açıqlanıb.

İsrail Xarici İşlər Nazirliyi Norveçin Fələstində diplomatik xidmət göstərmək üçün təyin etdiyi diplomatların İsraildəki akkreditasiyalarının ləğvi ilə bağlı yazılı açıqlama verib.

Onların vizaları 3 ay ərzində ləğv ediləcək

Bəyanatda Norveçin Fələstinə olan diplomatik nümayəndələrinin akkreditasiyasının ləğv edildiyi və qərarın Norveç hökumətinin son vaxtlar atdığı “anti-İsrail və təktərəfli addımlara” cavab olduğu bildirilib.

Açıqlamada, Norveçin Fələstin dövlətini tanıması qərarının və Norveçli yüksək səviyyəli rəsmilərin İsrail əleyhinə şərhlərinin bu qərarın verilməsində təsirli olduğu vurğulanıb və Norveç səfirliyinə söz mövzusu diplomatların akkreditasiyaları ilə bağlı məlumat verildiyi bildirilib.

Açıqlamada, "İsrail Fələstin administrasiyasındakı Norveç nümayəndəliyində xidmət etmək üçün təyin olunmuş Norveç diplomatlarına İsraildə akkreditasiya verməyəcək" deyilir.