USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya elan etdi: Ukrayna PUA ilə şəhərlərə hücum edib

09.08.2024 Siyasət
0 0
Bildirilib ki, Ukraynanın gecə saatlarında Rusiya ərazisinə hücum cəhdinin qarşısı alınıb və 75 PUA məhv edilib.

Rusiya Müdafiə Nazirliyi bu gecə Ukraynanın Rusiya ərazisinə hücum cəhdinin qarşısı alındığını və 75 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, Kiyev administrasiyası bu gecə Rusiya ərazisində ünsürlərə hücum etməyə cəhd edib.

Açıqlamada hücumun qarşısı alındığı bildirilib: “Belqorod vilayətində 26, Lipetsk vilayətində 19, Kursk vilayətində 7, Bryansk vilayətində 5, Voronej vilayətində 4, Orlov vilayətində 1 PUA, Krım və Qara dəniz üzərində isə 13-ü Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”.

Açıqlamada Qara dəniz sularında 7 pilotsuz dəniz vasitəsinin məhv edildiyi də qeyd edilib.

Lipetskdə 9 nəfər xəsarət alıb

Rusiyanın Lipetsk vilayətinin qubernatoru İqor Artamonov Telegram kanalında verdiyi açıqlamada Ukraynanın PUA-nın hücumu nəticəsində 9 nəfərin yaralandığını bildirib.