USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Belqorod vilayətini boşaltmağa başlayıb

12.08.2024 Siyasət
0 0
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bəyan edib ki, Belqorodun Krasnoyarujskiy vilayətinin sərhədlərində Ukrayna ordusu ilə toqquşmalar olub. Bildirilib ki, münaqişə zəminində boşaldılan Kursk vilayətindən sonra Krasnoyarujski rayonunda da insanlar təxliyə olunmağa başlayıb.

Bölgə əhalisini qorumaq üçün təxliyyələrin başladığını qeyd edən Qladkov vətəndaşların daha təhlükəsiz ərazilərə köçürüldüyünü bildirib.

Daha əvvəl Rusiyanın Kursk şəhərində 76 mindən çox insanın təxliyə edildiyi bildirilmişdi. Ukrayna ordusunun avqustun 6-da Rusiyanın Kursk ərazisinə daxil olmasından sonra iki ordu arasında başlayan qarşıdurmalar 7 gündür ki, davam edir.

Kurskda vəziyyət “federal fövqəladə vəziyyət” səviyyəsinə qaldırılarkən, Kursk, Belqorod və Bryansk vilayətlərində terrorla mübarizə vəziyyəti elan edilib.

  • Əvvəlki

    Azərbaycan ölkədə “İsrail əsgərlərinin olması” xəbərini təkzib edib

Digər xəbərlər