USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya lideri Putin Fələstin prezidenti Abbasla görüşəcək

13.08.2024 Siyasət
0 0
Rusiya prezidenti Vladimir Putin sabah Rusiyada Fələstin prezidenti Mahmud Abbasla görüşəcək. Daha sonra Abbas prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 14-15-də Ankarada olacaq.

Abbas prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 14-15-də Ankarada olacaq.

Abbas Ankaraya səfərinin ilk günündə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Daha sonra iki lider təkbətək görüşəcək. Görüşdən sonra Ərdoğan və Abbasın birgə mətbuata açıqlama verəcəyi də planlaşdırılır.

Abbas Ankaraya səfərinin ikinci günündə Türkiyə Böyük Millət Məclisində olacaq. Mahmud Abbas Fələstinlə bağlı növbədənkənar iclas keçirəcək Türkiyə Böyük Millət Məclisinin ümumi yığıncağında çıxış edəcək.