USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan Telegram-a 4 milyon rubl

13.08.2024 Siyasət
0 0
Rusiyada Telegram bəzi məzmunlara girişi bloklamadığı üçün 4 milyon rubl (təxminən 43 min dollar) cərimələnib.

Telegram-a qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Sözügedən platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl olunmadığı qənaətinə gələn məhkəmə Telegram-ı 4 milyon rubl cərimə ödəməyə məcbur edib.

Daha əvvəl də oxşar səbəblərə görə ölkədə Google və TikTok kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilmişdi.