USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çinin BMT-dəki nümayəndəsi ABŞ-ı “məsuliyyətli addımlar atmağa” çağırıb

14.08.2024 Siyasət
0 0
Çinin BMT-dəki (BMT) daimi nümayəndəsi Fu Konq BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı keçirilən fövqəladə sessiyasında çıxış edib. Fu Konq İsrailin ən böyük silah tədarükçüsü olaraq xarakterizə etdiyi ABŞ-ı Təl-Əviv rəhbərliyinin Qəzzaya hücumları ilə bağlı "səmimi və məsuliyyətli addımlar atmağa" çağırıb.

Fu İsrailin Qəzzada Et-Tabiin məktəbinə hücumunu pisləyib və mülki vətəndaşların və mülki strukturların hədəf alınmaması lazım olduğunu və bunun beynəlxalq humanitar hüquq baxımından əhəmiyyətini vurğulayıb. Fu Qəzzada dərhal və daimi atəşkəsə ehtiyac olduğuna diqqət çəkib.

Fu İsrailin 'ən böyük silah təchizatçısı' olaraq xarakterizə etdiyi ABŞ-ı bu mövzuda 'səmimi və məsuliyyətli addımlar atmağa' çağırıb.

İsrail ordusu avqustun 10-da Qəzzanın şərqindəki Derec rayonunda didərgin düşmüş mülki əhalinin sığındığı Et-Tabiin məktəbinə hücum edib. Köçkün fələstinlilərin minlərlə insanın sığındığı məktəbdə səhər namazı qıldığı vaxt baş verən hücumda ən azı 100 nəfər ölüb, onlarla insan yaralanıb.