USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kursk Zelenskidən açıqlama: “Sabit irəliləyiş davam edir”

14.08.2024 Siyasət
0 0
Ukrayna prezidenti Vladimir Zelenski ukraynalı əsgərlərin sərhədyanı hücumu ilə bağlı açıqlama verib. Zelenski bildirib ki, Ukrayna qoşunları Rusiyanın Kursk vilayətində davamlı şəkildə irəliləyir. Ukrayna Baş Qərargahı Rusiyanın Su-34 təyyarəsini Kursk vilayətində məhv etdiyini açıqlayıb.

Zelenski ordunun günün əvvəlindən müxtəlif istiqamətlərdə bir-iki kilometr irəlilədiyini bildirib.

Telegram hesabında yayımlanan videoda Ukrayna lideri yüksək rütbəli komandir Oleksandr Sırski ilə videobağlantı vasitəsilə qiymətləndirmələr aparıb.

Zelenski bildirib ki, Ukrayna qüvvələri sərhədyanı hücum zamanı 100 rus hərbi əsirini əsir götürüb.

RUSİYA TƏYYƏYƏSİ MƏHV EDİLDİ

Ukrayna Baş Qərargahı bildirib ki, Ukrayna qüvvələri gecə saatlarında Kursk vilayətində döyüş tapşırığı yerinə yetirərkən Rusiyanın Su-34 təyyarəsini məhv edib.

Telegram sosial media platformasında verilən açıqlamada "İşğalçıların, onların texnika və silahlarının məhv edilməsi istiqamətində səylərin davam etdiyi" bildirilib.