USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aqrar Xidmətlər Agentliyində yeni təyinat

15.08.2024 Siyasət
0 0
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə yeni sədr müavini təyin edilib.

Bu vəzifə indiyə qədər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin layihə meneceri işləyən Elməddin Namazova həvalə olunub.

O, yeni vəzifəsində Eldar Həsənovu əvəzləyib.

E.Namazov Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında aqrokimya üzrə bakalavar dərəcəsi, torpağın aqroekoloji qiymətləndirilməsi və təsnifatı üzrə magistr dərəcəsi alıb, Almaniyanın Gissen Universitetinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təlim proqramlarında iştirak edib, aqrar sektorda 15 ilə yaxın iş təcrübəsinə malikdir.