USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ dövlət katibi Antoni Blinken İsrailə gedir

16.08.2024 Siyasət
0 0
İsrailin Qəzzaya hücumlarının davam etdiyi bir vaxtda ABŞ dövlət katibi Antoni Blinken regional səfərə çıxır. Bu çərçivədə Blinkenin avqustun 18-də İsrailə səfər edəcəyi bildirilib.

Bildirilib ki, Blinken avqustun 18-də İsrailə gedəcək və avqustun 19-u bazar ertəsi baş nazir Benyamin Netanyahu ilə görüşəcək.

Məhbus mübadiləsi və atəşkəs də masadadır

ABŞ dövlət katibinin səfəri zamanı İsrail və HƏMAS arasında əsir mübadiləsi və atəşkəs danışıqları və İranla gərginliyin müzakirə ediləcəyi gözlənilir.

Netanyahuya atəşkəsi qəbul etməsi üçün "təzyiq" etməsi də gözlənilən Blinkenin İsraillə yanaşı Qətərə və Misirə də səfər edəcəyi qeyd edilib.

Həmas olmadan danışıqlar

İsrail və HƏMAS arasında Qəzza zolağında əsirlərin mübadiləsi və atəşkəsin əldə edilməsi məqsədilə dünən və bu gün Qətərin paytaxtı Dohada danışıqlar aparılıb.

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Taninin, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Börns, Misirin Kəşfiyyat İdarəsinin direktoru Abbas Kamil və Mossad direktoru David Barneanın rəhbərlik etdiyi nümayəndə heyətləri Dohada keçirilən danışıqlarda iştirak ediblər.