USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyanın Ukraynaya yeni yardım etməyəcəyi iddia edilib

17.08.2024 Siyasət
0 0
İddia edilib ki, Almaniya hökuməti qənaət tədbirləri çərçivəsində indiyə qədər razılaşdırılandan başqa Ukraynaya yeni yardımlar etməyəcək.

“Frankfurter Allgemeine Zeitung” qəzetinin xəbərində 2025-ci il büdcəsi ilə bağlı razılığa gələn Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından (FDP) ibarət koalisiya hökumətinin yalnız təmin edəcəyi bildirilib.

Sənədlərə və e-poçt yazışmalarına, eləcə də nazirliklər arasında keçirilən görüşlərə əsaslanan xəbərdə Almaniyanın Ukraynaya hərbi yardımı məhdudlaşdırmalı olduğu iddia edilib.

Xəbərdə Ukrayna üçün hazırkı büdcə planlamasında “yeni pul yoxdur” və buna səbəb kimi Baş nazirlik və Maliyyə Nazirliyinin qənaət tədbirləri olduğu bildirilib.

Xəbərdə indiyə qədər təsdiqlənmiş materialların Ukraynaya çatdırılacağı vurğulanıb, lakin Baş nazir Olaf Şolzun göstərişi ilə Müdafiə Nazirliyindən əlavə müraciətlərin təsdiqlənməyəcəyi bildirilib.