USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ prezidenti Bayden: Qəzzada atəşkəs hələ də mümkündür

19.08.2024 Siyasət
0 0
ABŞ prezidenti Co Bayden, İsrailin hücumlarını davam etdirdiyi Qəzzada atəşkəsin "hələ də mümkün olduğunu" müdafiə etdi.

ABŞ prezidenti Co Bayden dövlət katibi Antoni Blinkenin Qəzzada atəşkəs prosesi ilə bağlı vəziyyəti müzakirə etmək üçün İsrailə getməsindən sonra mətbuata açıqlama verib.

İsrail və HƏMAS arasında Qəzza zolağında əsirlərin dəyişdirilməsi və atəşkəsin əldə edilməsi məqsədilə avqustun 15-16-da Qətərin paytaxtı Dohada danışıqlar aparılıb.

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns, Misir Kəşfiyyat İdarəsinin direktoru Abbas Kamil və İsrail Xarici Kəşfiyyat Xidmətinin Mossad direktoru David Barneanın rəhbərlik etdiyi nümayəndə heyətləri Dohada keçirilən danışıqlarda iştirak ediblər.

Tərəflərin atəşkəs danışıqlarını gələn həftə Misirin paytaxtı Qahirədə davam etdirəcəyi bildirilib. Avqustun 16-da Ağ Evdə keçirilən tədbirdən əvvəl Bayden Qəzzada mümkün atəşkəs razılaşması ilə bağlı "Hər zamankindən daha yaxınıq" açıqlaması vermişdi.