USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub

19.08.2024 Siyasət
0 0
Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verib.

Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçib.

Prezidentlər birgə foto çəkdiriblər.