USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

20.08.2024 Siyasət
0 0
ABŞ-ın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Stefani Holms bəzi amerikalı jurnalist və muzdluların Kursk bölgəsinə daxil olması səbəbi ilə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlikdən verilən yazılı açıqlamada ABŞ jurnalistlərinin Kurska icazəsiz girişinin pisləndiyi bildirilib.

Açıqlamada ABŞ muzdlularının da Kurskda olduğuna dair dəlillərin olduğu paylaşılıb və bu vəziyyətin ABŞ-ın Ukrayna müharibəsində birbaşa iştirakını nəzərdə tutduğuna diqqət çəkilib:

"Ölkəmizin sərhədini qanunsuz keçən bütün xarici ekspertlər və muzdlular Rusiya Federasiyası Silahlı Qüvvələri üçün qanuni hərbi hədəfə çevriliblər”, - deyə məlumatda bildirilir.