USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Belarus: NATO Ukraynaya girərsə, 3-cü Dünya Müharibəsi başlayacaq

21.08.2024 Siyasət
0 0
Belarus prezidenti Aleksandr Lukaşenko, NATO qoşunlarının Ukraynaya girəcəyi təqdirdə Üçüncü Dünya Müharibəsinin başlayacağını bildirərək, "Belə olan halda həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacaq və anında və dəhşətli reaksiya olacaq" deyib.

Lukaşenko Rusiya dövlət televiziyası “Rossiya” kanalına müsahibəsində Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) əvvəllər ölkəsinin hava məkanını pozduğunu və bunun dəfələrlə baş verdiyini bildirib.

Ukraynadan gələ biləcək təhdidlərə qarşı lazımi tədbirləri gördüklərini ifadə edən Lukaşenko, Belarus-Ukrayna sərhədinə mina və əsgər yerləşdirdiklərini deyib.

Lukaşenko NATO-nun Ukraynaya qoşun göndərmə ehtimalını dəyərləndirərək, “Əgər onlar NATO qoşunlarını göndərsələr, üçüncü dünya müharibəsi başlayacaq. Çünki bu halda həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacaq".

Vəziyyətin gərginləşməsini istəmədiklərini bildirən Lukaşenko, "NATO ilə müharibə istəmirik. Ancaq bunu etsələr, başqa seçimimiz olmayacaq. Qırmızı xətt olmayacaq. Bizim yalnız bir xəttimiz var. Hansı ki, dövlət sərhəddi, onlar sərhədə addım atdıqları anda cavab olacaq” deyib.

“GƏRGİNLİK UKRAYNANIN dağıdılması ilə nəticələnə bilər”

Buna görə də Rusiya və Ukraynanın sülh danışıqlarına yenidən başlamalı olduğunu vurğulayan Lukaşenko, danışıqların 2022-ci ilin martında İstanbulda hazırlanan razılaşma əsasında aparıla biləcəyini bildirib. Lukaşenko, "Meydanda vəziyyət dəyişdi, amma biz buradan başlaya bilərik. Danışıq masasına oturub məsələni həll etmək lazımdır. Belə bir fürsət var" söyləyib.

Prezident Lukaşenko belə davam etdi:

"Bəzən faşistlərdən danışırsan. Orada artıq nasist yoxdur. Ukrayna nasistlərdən təmizlənib. Orada bir neçə nasist qalıb, amma onlara da hörmət edilmir. Bu gün Ukrayna xalqının 70 faizindən çoxu Zelenskiyə nifrət edir. Çünki. Zelenski verdiyi vədləri yerinə yetirmədi və bu səbəbdən insanlar ölür”.

Aleksandr Lukaşenko qeyd edib ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri fövqəladə hallarda yardım üçün Rusiya və Belarusa müraciət ediblər.