USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cənubi Koreya prezidenti Yoonun Şimali Koreyaya sərt cavabı

22.08.2024 Siyasət
0 0
Cənubi Koreya prezidenti Yoon, “Açıq şəkildə bildirməliyik ki, məcburi birləşmə arzusunda olan və Cənubi Koreyaya tamah edən Şimali Koreyanın ölkəmizə qarşı hər hansı işğal cəhdi Pxenyan rejiminin sonunu gətirəcək” deyib.

Şimali Koreya ilə Cənubi Koreya arasında hərbi gərginlik davam edərkən, Cənubi Koreya prezidenti Yoon Suk Yeol təhdidlər edib.

Yongin şəhərindəki Quru Əməliyyat Komandanlığını ziyarət edən və ABŞ ilə birgə həyata keçirilən “Ulchi Freedom Shield” təlimi ilə bağlı səlahiyyətlilərdən məlumat alan Yoon oradakı çıxışında Şimali Koreyanın təxribatları barədə xəbərdarlıq edib. Yoon, "Şimali Koreya rejimi dünyanın istənilən an təxribat törədə bilən ən təhlükəli qruplaşmasıdır. Yalnız ordumuzun güclü hərbi hazırlığı onların səhv hesablamalarının qarşısını ala bilər" deyib.

ABŞ ilə birgə hərbi təlimlərin müttəfiqlərin vahid müdafiə mövqeyini gücləndirdiyini vurğulayan Yoon, “Açıq şəkildə bildirməliyik ki, zorla birləşmək arzusunda olan və Cənubi Koreyaya tamah salan Şimali Koreyanın ölkəmizə qarşı hər hansı işğal cəhdi ölkəmizə böyük zərbə vuracaq" söyləyib.

Şimali Koreyanın silah sistemlərinin təhlükəsinə diqqət çəkən Yoon, “Mümkün bir müharibənin ilkin mərhələsində Pxenyanın uzaq mənzilli artilleriya və raket bazalarının zərərsizləşdirilməsi vacibdir” dedi.