USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukrayna elan etdi: Rusiyaya PUA- larla hücum edilib

22.08.2024 Siyasət
0 0
Ukrayna Rusiyanın "Ostafyevo" hava limanına və "Millerovo" hərbi hava bazasına təxminən 50 PUA ilə hücum etdiklərini açıqlayıb.

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov Rusiyanın “Ostafyevo” hava limanına və “Millerovo” hərbi hava bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirdiklərini bildirib.

Budanov “The War Zone” xəbər saytına verdiyi açıqlamada, dünən Rusiyada bəzi obyektlərə qarşı İHA-lardan istifadə edərək əməliyyat keçirdiklərini bildirib.

Moskva yaxınlığındakı radiotexniki kəşfiyyat mərkəzinə və “Ostafyevo” hava limanına PUA hücumu həyata keçirdiklərini bildirən Budanov, PUA-larla Rostov vilayətindəki “Millerovo” hərbi hava bazasına da hücum etdiklərini qeyd edib.

Hücumlarda 50-yə yaxın PUA-dan istifadə edildiyini bildirən Budanov hücum nəticəsində dəyən zərərin dəqiqləşdirilməsi üçün işlərin aparıldığını bildirib.