USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçısından qanunsuz tapşırıq: Seçkidə Heydər Əsədova səs verilsin!

26.08.2024 Siyasət
0 0
“Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı 51 saylı seçki dairəsinin bütün məntəqələrinin sədrlərini və üzvlərini toplayaraq, deputatlığa namizəd Heydər Əsədova dəstək olmaqlarını və onun seçilməsi üçün var gücləri ilə çalışmalarını tapşırıb”.

Kommersant.az xəbər verir ki, bu barədə 51 saylı Şirvan Seçki Dairəsindən deputatlığa nazmizəd, jurnalist Payman Sadıqov qeyd edib.

Peyman Sadıqov özünün feysbuk hesabı vasitəsilə mediaya da müraciət edərək yazıb:

“Hörmətli media nümayəndələri!

Bu gün səhər saatlarından Şirvan şəhərinin sayılıb-seçilən ziyalılarından mənə gələn çoxsaylı zənglər gəlib. Hər biri telefonda danışarkən qeyd edir ki, icra başçısı 5-ci gün 51 saylı seçki dairəsinin bütün məntəqələrinin keçmiş sədrlərini və üzvlərini toplayaraq, Heydər Əsədova dəstək olmaqlarını və onun seçilməsi üçün var gücləri ilə çalışmalarını tapşırığını vermişdir. Həmçinin, görüşdə Şirvanın bir qrup ziyalıları iştirak edib.

Görüşdə iştirak edən hər kəsə qəti tapşırıq verilib ki, Heydər Əsədova səs verilməli və onun deputat olması üçün insanları səfərbər etməliyik”.