USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mark Zukerberqdən Covid-19 dövrü etirafı

27.08.2024 Siyasət
0 0
Meta-nın təsisçisi və icraçı direktoru (CEO) Mark Zukerberq ABŞ Konqresinin Nümayəndələr Palatasının Məhkəmə Komitəsinə yazdığı məktubunda, Covid-19 yazılarını platformalarından silmək üçün hökumətin məruz qaldığı təzyiqə müqavimət göstərmədiyinə görə təəssüfləndiyini söylədi.

“The Hill” qəzetinin yazdığına görə, Mark Zukerberq məktubunda ABŞ prezidenti Co Bayden administrasiyasının 2021-ci ildə Meta-ya “dəfələrlə” təzyiq göstərdiyini, “platformalarındakı məzmuna senzura” tətbiq etdiyini bildirib.

Hökumətin təzyiqinin yanlış olduğunu düşündüyünü ifadə edən Zukerberq, “(Bu təzyiqə qarşı) daha çox sözümüzü demədiyimiz üçün təəssüf edirəm” dedi.

Zukerberq, komandasına hər hansı bir administrasiyanın təzyiqinə qarşı məzmun standartlarından güzəştə getməmələri barədə xəbərdarlıq etdiyini ifadə edərək, "Belə bir şey bir daha təkrarlanarsa, buna müqavimət göstərməyə hazırıq" dedi.

Məktubunda Zukerberq Metanın 2020-ci il prezident seçkiləri öncəsi Bayden ailəsi ilə bağlı korrupsiya iddiaları ilə bağlı xəbərin "təsdiqini gözləyərkən görmə qabiliyyətini azaltmaq" qərarının yanlış olduğunu ifadə edərək, şirkətin daxili nizamnamələrini bu istiqamətdə dəyişdirdiklərini diqqətə çatdırıb.

Zukerberq həmçinin əlavə edib ki, o, prezident seçkilərində “bitərəf qalacaq” və heç bir partiyanın xeyrinə işləməyəcək.

Digər tərəfdən, ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin Respublikaçı qanadı X sosial media hesabından açıqlama verərək, Zukerberqin məktubunu "ifadə azadlığı üçün böyük qazanc" olaraq qiymətləndirib.

Yazıda Meta CEO-nun məktubunda üç məsələni etiraf etdiyi vurğulanır:

Yazıda Zukerberqin seçkilərdə heç bir partiyaya maliyyə yardımı etməyəcəyi ilə bağlı açıqlamalarına da toxunaraq, "Artıq Zuck pulu yoxdur. Bu, seçki təhlükəsizliyi üçün böyük uğurdur" ifadələri işlədilib.