USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan kriptovalyuta qərarı: Sentyabrın 1-də başlayacaq

28.08.2024 Siyasət
0 0
Rusiyanın sanksiyalara görə ödəmə problemləri davam edərkən, sentyabrın 1-dən beynəlxalq ödənişlərdə kriptovalyutalardan eksperimental şəkildə istifadə etməyə başlayacaq.

ABŞ Rusiyaya qarşı sanksiyalarını sərtləşdirməyə davam etsə də, Rusiya şirkətlərinin beynəlxalq ticarətdə ödənişlərin qəbulu və göndərilməsi ilə bağlı problemləri hökumətin başağrısı yaratmağa davam edir.

Problemi həll etmək üçün alternativ yollar axtaran Rusiya hakimiyyət orqanları bir vaxtlar ölkədə sərt münasibət bəslədikləri kriptovalyutalara indi çox daha mötədil yanaşırlar.

Rusiya Mərkəzi Bankı 2022-ci ildə müharibədən bir az əvvəl hazırladığı hesabatla ölkədə kriptovalyutalara tam qadağa qoyulmasını tələb etmişdi, lakin Ukrayna müharibəsindən sonra Rusiya banklarının SWIFT ödəniş sistemindən çıxarılması səbəbindən kriptovalyutalar getdikcə genişləndi.

Rusiya prezidenti Vladimir Putinin avqustun 8-də imzaladığı fərmanla beynəlxalq ödənişlərdə və Forex əməliyyatlarında kriptovalyutaların eksperimental istifadəsi qanuniləşib. Müvafiq olaraq, sentyabrın 1-dən başlayacaq prosesə Rusiya Mərkəzi Bankı nəzarət edəcək.

Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina iyulun 30-da verdiyi açıqlamada kripto pulların beynəlxalq ödənişlərdə istifadəsinə ilin sonuna kimi başlaya biləcəyini bildirib.