USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya və İngiltərə yeni əməkdaşlıq müqaviləsi imzalayacaq

28.08.2024 Siyasət
0 0
İngiltərə Baş naziri Keir Starmerin Almaniyaya səfəri zamanı dərc edilən ortaq bəyanatda iki ölkənin gələn il imzalanacaq ikitərəfli əməkdaşlıq müqaviləsi üzərində işə başlayacağı bildirilib.

Böyük Britaniyanın baş naziri Key Starmer Berlinə səfəri çərçivəsində Almaniya kansleri Olaf Şolz ilə görüşüb. Görüşün yekununda Böyük Britaniya və Almaniya arasında əlaqələrin dərinləşdirilməsi və inkişafı ilə bağlı birgə bəyanat qəbul edilib.

Birgə bəyanatda Almaniya və Böyük Britaniya arasında möhkəm dostluq, ortaq dəyərlər və qarşılıqlı maraqların olduğu bildirilib və əlavə edilib:

“Biz Avropada və beynəlxalq miqyasda yaxın tərəfdaşlarıq və NATO-da uzunmüddətli müttəfiqlərik. Bu gün ölkələrimizin üzləşdiyi ümumi çağırışları nəzərə alaraq, hesab edirik ki, ikitərəfli münasibətlərimizi növbəti səviyyəyə çıxarmağın vaxtı çatıb. Bu məqsədlə biz ikitərəfli əməkdaşlıq sazişi üzərində işləməyə başlayırıq və gələn ilin əvvəlində onun imzalanması üçün hökumətlərarası məsləhətləşmələr aparacağıq”.