USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Körfəz ölkələri ilə münasibətləri yaxşılaşdırır

29.08.2024 Siyasət
0 0
Avropa İttifaqı (Aİ) enerji, ticarət, investisiya və iqlim dəyişikliyi kimi sahələrdə əməkdaşlığı yaxşılaşdırmaq üçün Körfəz ölkələri ilə ilk dəfə sammit təşkil edəcək.

Aİ Şurasının sədri Çarlz Mişel oktyabrın 16-da Brüsseldə keçiriləcək Aİ-Körfəz Əməkdaşlıq Şurasının birinci Sammiti öncəsi Qətərə səfər edib.

Qətər Əmiri Şeyx Təmim bin Hamed Əl-Tani ilə görüşdən sonra sosial media hesabında paylaşım edən Mişel, Əl-Tani ilə ilk dəfə keçiriləcək AB-Körfəz Əməkdaşlıq Şurası Sammitini müzakirə etdiklərini bildirib.

Körfəz Əməkdaşlıq Şurasının sədri Əl-Taninin sammitdə dəstəyinin çox əhəmiyyətli olduğuna diqqət çəkən Mişel, “Aİ-Körfəz Əməkdaşlıq Şurası Zirvəsi tərəfdaşlığımızı və siyasi dialoqumuzu strateji səviyyəyə qaldırmaq üçün bir fürsət olacaq” deyib.

Aİ və Körfəz ölkələrinin bərpa olunan enerji mənbələrini, iqlim dəyişikliyi ilə mübarizə, ticarət, investisiyalar və dialoqu artıracaqlarına diqqət çəkən Mişel, bir çox sahədə birgə işləri dərinləşdirəcəklərini qeyd edib.

Mişel Qətər Əmiri Əl-Tani ilə Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsi kimi müxtəlif mövzuları müzakirə etdiklərini və bu mövzularda Qətərin rolunu və əməkdaşlığını dəyərləndirdiklərini bildirib.

Körfəz Əməkdaşlıq Şurası Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən ibarətdir.