USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Maduronun təyyarəsini ələ keçirib

03.09.2024 Siyasət
0 0
ABŞ Ədliyyə Nazirliyi Venesuela prezidenti Nikolas Maduronun istifadə etdiyi təyyarənin Dominikan Respublikasında ələ keçirildiyini açıqlayıb.

ABŞ Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamada Maduronun xarici səfərləri üçün adətən istifadə etdiyi təyyarənin ələ keçirildiyi bildirilib. Nazirlik, təyyarənin ön şirkət vasitəsilə alındığını və Venesuelaya qarşı tətbiq edilən sanksiyaları pozaraq ABŞ-dan çıxarıldığını iddia edib.

Maduronun “prezident təyyarəsi” kimi istifadə etdiyi deyilən təyyarənin Dominikan Respublikasında ələ keçirilməsinin ABŞ və Venesuela arasında seçkilərdən sonra gərginləşən münasibətlərinə yeni bir yük qoyacağı gözlənilir.

Venesuelada iyulun 29-da açıqlanan nəticələrə görə, Maduronun 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəldiyi açıqlanıb. Müxalifət koalisiyasının namizədi Edmundo Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkilərin nəticələrini rədd ediblər.

ABŞ administrasiyası seçkilərin nəticələrinin şəffaf şəkildə elan edilmədiyini və nəticələrin xalqın iradəsini əks etdirmədiyini iddia edib.