USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə pasport ödənişlərində Almaniyanı geridə qoydu

05.09.2024 Siyasət
0 0
Türkiyə pasportu Avropa və inkişaf etmiş ölkələrin pasportlarından iki dəfə bahadır. Türkiyədə təqaüdçü maaşının 65 faizini, minimum əməkhaqqı alan isə maaşının yarısını pasport rüsumu kimi ödəyir. Dünyanın ən etibarlı pasportu olan Almaniyada təqaüdçü və ya 10 illik pasport minimum əmək haqqının 18-də biri ilə əldə edilə bilər.

Türkiyədə pasport rüsumları kitab haqqı daxil olmaqla 3 il və daha çox etibarlı pasportlar üçün 8 min 623 TL (təxminən 229 Avro) təşkil edir.

Xaricdəki türklər üçün daha ucuzdur

Sözcü qəzetində yer alan xəbərə görə, xaricdə yaşayan türk üçün eyni pasport bütün xərclər (pasport pulu, kitab pulu və poçt pulu) daxil olmaqla 105 avroya başa gəlir. Yəni Türkiyədə yaşayan bir türk xaricdə yaşayan və pasportunu Türkiyə konsulluqlarından alan türkdən iki dəfə çox pasport haqqı ödəyir.

Pasport rüsumu Avropadan iki dəfədir

Türkiyədə pensiyalar, minimum əmək haqqı və orta əmək haqqı Avropadakıların orta hesabla beşdə birini təşkil edir. Yəni avropalının beşdə biri qədər maaş alan türk iki dəfə çox pasport pulu ödəyir.

Dünyanın ən bahalı pasportlarından biridir

Bununla belə, Türkiyə pasportu dünyanın ən bahalı pasportlarından biri kimi də adını daşıyır.

Dünyanın ən etibarlı pasportları olan və 194 ölkəyə vizasız giriş imkanı verən Almaniya, Fransa və Yaponiya pasportları Türkiyə pasportlarından iki dəfədən çox ucuzdur. Bu ölkələrdə orta pensiya və ya minimum əmək haqqı 1800 avrodur.