USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Rusiyaya qarşı “seçkilərə müdaxilə” ittihamı ilə sanksiyalar tətbiq edib

05.09.2024 Siyasət
0 0
ABŞ Ədliyyə Nazirliyi Rusiyanın prezident seçkilərinə müdaxilə etmək üçün media və sosial media platformalarından istifadə etdiyini bildirib və RT və digər əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

ABŞ ədliyyə naziri Merrik Qarland nazirlikdə keçirdiyi mətbuat konfransında Moskva rəhbərliyini hədəf alan açıqlamalar verib və yeni sanksiyaları açıqlayıb.

Qarland iddia edib ki, Rusiyanın dövlət kanalı RT Moskva administrasiyası tərəfindən “Amerikada prezident seçkiləri öncəsi ictimai rəyi yönləndirmək” və bununla da seçkilərə təsir etmək üçün gizli şəkildə istifadə edilib.

Nazir Qarland təkcə RT-nin deyil, Moskvanın yönləndirdiyi bir çox sosial media platforması və istifadəçilərinin də Amerika ictimaiyyətinə təsir göstərməyə, seçkilərə müdaxilə etməyə çalışdığını iddia edərək, bu şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edəcəklərini bəyan edib.

10 milyon dollar xərcləyir

Garland, RT-nin iki əməkdaşı Kostiantyn Kalaşnikov və Elena Afanasyevanın sosial media platformaları vasitəsilə ABŞ-da siyasi təsir yaratmaq üçün 10 milyon dollar xərclədiyini təsbit etdiklərini və bu iki adı sanksiya altında sual altına aldıqlarını açıqladı.

ABŞ-lı nazir İran və Çin, eləcə də Rusiya kimi aktyorların ABŞ-ın siyasi sisteminə və prezidentlik yarışına birbaşa olmasa da dolayısı ilə təsir göstərməyə çalışdıqlarını və bu addımları yaxından izlədiklərini və lazımi ehtiyat tədbirlərini gördüklərini vurğulayıb.