USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransanın yeni Baş naziri təyin olundu

05.09.2024 Siyasət
0 0
Fransanın yeni Baş naziri təyin edilib.

Kommersant.az xarici KİV-ə istinadən xəbər verir ki, bu posta Mişel Barnye gətirilib.

Qeyd edək ki, 73 yaşlı Barnye 2016-cı ildə “Brexit” işçi qrupunun rəhbəri olana qədər dörd dəfə kabinet naziri (Ətraf mühit, Fransanın Avropa məsələləri üzrə naziri, xarici işlər və kənd təsərrüfatı naziri) və iki dəfə Avropa komissarı vəzifələrində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Fransanın Baş naziri 34 yaşlı Qabriel Attal idi. O, iyulda ölkədə keçirilən növbədənkənar parlament seçkilərindən sonra istefa verib.