USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir: Elmin inkişafı üzrə dövlət proqramı üzərində işləyirik

09.09.2024 Siyasət
0 0
Elmin inkişafı üzrə dövlət proqramı üzərində işləyirik.

Bunu bu gün keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, xaricdə yaşayan azərbaycanlı alimlərin təcrübəsi ilə yerli elm və təhsilin əlaqələndirilməsi olduqca vacibdir:

“Azərbaycan elmi ciddi bir transformasiyadan keçib. Azərbaycan elminin göstəricisi təbii ki, müasir dövrdə rəqəmlər ola bilər. Bu rəqəmlər kifayət qədər ürəkaçan deyil. Bunum obyektiv və subyektiv səbəbləri var. Biz bütün elmi məsələlər ilə eyni anda məşğul ola bilmərik. Bunu da müəyyən etmək üçün alimlərin fikri önəmlidir. Buna görə də bu forumun işi sözügedən mövzuda çox faydalı olacaq. Kifayət qədər ictimai məsələlər var. Elə peşəkar alimlər var ki, cəmiyyət olaraq biz onların adlarını bilmirik”.

O əlavə edib ki, hazırda elmin inkişafı üzrə dövlət proqramı üzərində iş aparılır:

“Burada əsas məqsəd həm xaricə yaşayan azərbaycanlı alimlərin, həm də digər tədqiqatçıların təcrübəsini Azərbaycan elminə inteqrasiya etməkdir”.