USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya bu ölkəyə yeni səfir təyin etdi

10.09.2024 Siyasət
0 0
Oleq Ozerov Rusiyanın Moldovadakı yeni səfiri təyin edilib.

Kommersant.az rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam verib.

Qeyd edilir ki, Ozerov 2010-2017-ci illərdə Rusiyanı Səudiyyə Ərəbistanında təmsil edib, 2011-ci ildən isə Rusiyanın İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsi vəzifəsini tutub.

Rusiya Xarici işlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri olan O. Ozerov həm də “Rusiya-Afrika” Tərəfdaşlıq Forumunun Katibliyinin rəhbəridir.