USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bakı şəhəri tıxacların əlindən iflic olub, insanlar gün ərzində 4-5 saat tıxacda qalırlar” - Deputatdan ETİRAZ

11.09.2024 Siyasət
0 0
“Bakı şəhəri tıxacların əlindən iflic haldadır. Bu iflic şəraitində insanlarımız yaşamalı, fəaliyyət göstərməli və işləməlidirlər. Artıq hər bir insanın öz avtomobili onun öz evinə çevirilib. Çünki insanlar gün ərzində 4-5 saat tıxacda qalmalı olurlar”.

Bu sözləri millət vəkili Razi Nurullayev bildirib.

Millət vəkili məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında narazılığını dilə gətirib:

“Mən nəqliyyat üzrə ekspert deyiləm, bu məsələləri dərindən bilə bilmərəm. Amma bildiyim budur ki, tıxacların sayı hədsiz çoxalıb və bunun qarşısı alınmalıdır. Tıxacların qarşısını ictimai nəqliyyatdan geniş istfadə etməklə, zolaqların sayı artırmaqla, insanlar ictimai avtobus nəqliyyatdan daha çox istifadə etməklə azalda bilərik. Nəticədə insanlar iş yerlərinə və təhsil müəssələrinə daha tez çatar.

İkincisi, metro tikintisinin sürətləndirilməsidir. Heç olmasa ildə iki-üç metrostansiyası açılsın ki, şəhərin hər bir yerinə metro ilə getmək mümkün olsun. Çünki yerüstü nəqliyyat demək olar ki, iflic vəziyyətdədir. Yeraltı nəqliyyatında genişləndirilməsinə ehtiyac var. Bu məsələ ilə bağlı aidiyyatı dövlət qurumları müəyyən addımlar atmalı, tədbirlər görməlidirlər”.