USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

REAL-ın yeni sədri Natiq Cəfərli olacaq?

13.09.2024 Siyasət
0 0
“Əgər Siyasi Komitə belə bir məsələni gündəmə gətirsə, mümkündür. Mən heç vaxt məsuliyyətdən boyun qaçırmamışam”.

Kommersant.az xəbər verir ki, bunu REAL Partiyasının icra katibi Natiq Cəfərli “Bakupost”a müsahibəsində deyib.

“Bu günə qədər zatən REAL-ın icra katibi kimi idarəetmədə mühüm rol oynamışam. Amma Siyasi Komitənin 8 nəfər üzvü var. Onların 8-i də sədr olmağa layiq insanlardır”.

Qeyd edək ki, REAL Partiyasının sədri İlqar Məmmədov bir neçə gün əvvəl tutduğu vəzifədən istefa verib.