USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Donald Trampa növbəti sui-qəsd

16.09.2024 Siyasət
0 0
ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa iyulun 13-də seçki mitinqində edilən sui-qəsddən sonra ona qarşı növbəti hücum həyata keçirilib. Trampın seçki kampaniyasının sözçüsü hadisələrlə bağlı məlumat verib.

2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın Florida ştatında olduğu yerin yaxınlığında atışma səsləri eşidildikdən sonra onun təhlükəsiz olduğu bildirilir.

Donald Trampın kampaniya komandasının verdiyi açıqlamada qeyd edilib ki, bu gün günorta saatlarında Trampın qaldığı Florida ştatının West Palm Beach yaxınlığında atəş səsləri eşidilib.

Açıqlamada, kampaniyanın kommunikasiya direktoru Stiven Çeunq deyib: “Yaxınlıqda atəş səsləri eşidildikdən sonra prezident Tramp təhlükəsizdir. Hazırda başqa təfərrüat yoxdur”.

Hadisə ilə bağlı ABŞ prezidenti Bayden məlumatlandırılıb

Ağ Evdən edilən yazılı açıqlamada ABŞ prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harrisin Trampın qolf oynadığı Tramp Beynəlxalq Qolf Sahəsində baş verən təhlükəsizlik hadisəsi ilə bağlı məlumatlandırıldıqları və bunu bilməklə rahatlaşdıqları bildirilib.

Kamala Harris öz hesabında yazıb mesajını paylaşıb.

Cənubi Karolinadan Respublikaçı senator Lindsey Graham da X hesabında "Mən indicə prezident Trampla danışdım. O, tanıdığım ən güclü insanlardan biridir. O, yaxşı əhval-ruhiyyədədir və ölkəmizi xilas etmək üçün həmişəkindən daha qətiyyətlidir" sözlərini yazıb.

Hadisə ilə bağlı şübhəli şəxs tutulub

Trampın böyük oğlu kiçik Donald Tramp X hesabında yerli hüquq-mühafizə orqanları tərəfindən hadisədən sonra tarladakı kolluqlarda AK-47 silahının tapıldığı və şübhəlinin tutulduğu barədə məlumat paylaşıb.