USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyanın sərhəd nəzarəti qərarı Türkiyəyə təsir edəcəkmi?

17.09.2024 Siyasət
0 0
Almaniyanın Ankaradakı səfirliyi Almaniyadakı müvəqqəti sərhəd nəzarətinin Türkiyə üçün viza prosesinə təsir etməyəcəyini və girişlərin təhlükəsiz və nizamlı şəkildə davam edəcəyini açıqlayıb.

Almaniyanın Ankaradakı səfirliyi X sosial media hesabından Almaniyada bu gündən etibarən müvəqqəti olaraq tətbiq olunacaq sərhəd nəzarəti ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada bu gündən etibarən təhlükəsizlik və immiqrasiya siyasəti səbəbiylə Almaniya sərhədlərində müvəqqəti sərhəd nəzarətlərinin aparılacağı və bu nəzarətlərin ölkəyə giriş icazəsi olmayan şəxslərin ölkəyə girişinə icazə verilməməsinə imkan yaradacağı bildirilib.

Açıqlamada bu tədbirin Avropa Birliyi qanunlarına uyğun olduğu və Şengen tərəfdaşlarına əvvəlcədən elan edildiyi bildirilib və bu qərarın əsas məqsədinin Almaniyaya təhlükəsiz, nizamlı və qanuni girişi təmin etmək olduğu vurğulanıb.

“Türkiyə üçün viza verilməsi prosesi normal şəkildə davam edəcək”

Almaniya Avstriya, İsveçrə, Çexiya və Polşa sərhədlərində bir müddət əvvəl başlatdığı nəzarəti Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarkanı da əhatə edəcək şəkildə genişləndirdiyini açıqladı.