USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putindən orduya böyük dəstək: Əsgərlərin sayı 180 min artır

17.09.2024 Siyasət
0 0
Rusiya prezidenti Vladimir Putin ordudakı əsgərlərin sayının 180 min artırılması barədə göstəriş verib. Fərmana əsasən, Rusiyanın ümumi əsgərlərinin sayı 1,5 milyon nəfərə, hərbi qulluqçularının sayı isə 2,4 milyon nəfərə çatdırılacaq.

Rusiya prezidenti Vladimir Putin ölkə ordusunda əsgərlərin sayını xeyli artırmaq qərarına gəlib. Putinin imzaladığı fərmana əsasən, Rusiya ordusundakı əsgərlərin sayı 180 min nəfər artırılaraq, bununla da ümumi əsgər sayı 1,5 milyona çatdırılacaq. Bu artımla Rusiyanın ümumi hərbi personalının sayı təxminən 2,4 milyon olacaq.

Putinin hökumətin rəsmi saytında dərc olunan fərman dekabrın 1-dən qüvvəyə minir. Ötən dekabrda Putinin imzaladığı fərmanla hərbi personalın sayı 1 milyon 320 min əsgərə çatdırılıb.