USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Muxtar Babayev və Dünya Bankının nümayəndələri arasında COP29-a hazırlıq müzakirə edilib

17.09.2024 Siyasət
0 0
COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Davamlı İnkişaf üzrə Regional Direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşüb.

Kommersant.az xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" sosial hesabında paylaşım edilib.

Müzakirələr zamanı Dünya Bankının Azərbaycanda, xüsusilə su və kənd təsərrüfatı sektorlarında davam edən və planlaşdırılan proqramları həmçinin COP29-a hazırlıq müzakirə olunub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.