USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident “AzerGold”un sədrinə yeni müavin təyin edib

19.09.2024 Siyasət
0 0
İlqar Kənan oğlu Cəlilov “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü və sədrin müavini vəzifəsində təyin edilib.

Kommersant.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 17 sentyabr 2024-cü il tarixdə sərəncam imzalayıb.
Bununla da İdarə Heyəti bir sədr və iki üzvdən ibarət olacaq.

İlqar Cəlilov 08 iyun 1983-cü il tarixində Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olub.

2006-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutununda Riyaziyyat və informatika ixtisası üzrə bakalavr, 2015-2016-cı illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində Yer quruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə təhsil alıb.

2003-2004-cü illərdə “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri” layihəsinin operatoru olan “McDermott” şirkətində ilməçi-takelajçı vəzifəsində çalışıb.

2008-2010-cu illərdə “İntegris”, 2010-cu illərdə “Azerbaijan Development”, 2011 – 2013-cü illərdə isə ”BM Technologies” şirkətində Coğrafi informasiya sistemləri üzrə mühəndis vəzifəsində çalışıb.

2013-2015-ci illərdə ”Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində Elektron idarəetmə şöbəsinin müdiri, 2015-2016-cı illərdə isə Daxili nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

2016-2017-ci illərdə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində İnformasiya və kommunikasiya texnologiyaları təminatı, 2017-2021-ci illərdə isə Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.

2 aprel 2021-ci il tarixindən etibarən “Daşkəsən Dəmir Filizi” Məhdud Məsuliyyətli Cəmiyyətində Baş direktorun müavini vəzifəsinə təyin edilib.

29 iyun 2022-ci il tarixindən etibarən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

17 sentyabr 2024-ci ildən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü – sədrin müavini vəzifəsində çalışır.