USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsraildən Livana çoxlu hava zərbələri

20.09.2024 Siyasət
0 0
İsrail ordusu Livanın bir çox nöqtəsinə hava zərbələri endirib.

İsrail ordusu Hizbullahın atılmağa hazır olan 30 raket platforması olan 150 raket buraxılış qurğusunu hədəf aldığını açıqlayıb.

İsrail ordusundan verilən açıqlamaya görə, sözügedən hücum İsrail kəşfiyyatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Açıqlamada, İsrail ərazisinə doğru atılmağa hazır olan Hizbullaha məxsus 30 raket platforması və 150 ​​raket buraxılış qurğusunun hədəfə alındığı bildirilib.

Bildirilib ki, İsrail ordusu Livanın cənubundakı müxtəlif bölgələrdə Hizbullahın infrastruktur və silah anbarlarına da zərbələr endirib, artilleriya bölmələri isə Nakura bölgəsinə hücum edib.

8 oktyabr 2023-cü il tarixindən etibarən İsrail-Livan sərhədində tərəflər arasında zaman-zaman şiddətlənən qarşıdurmalar yaşanır.