USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyada deportasiya qərarları artır

23.09.2024 Siyasət
0 0
Almaniyaya gedən qeyri-qanuni mühacirlərin sayı artır. Bununla belə, Berlin Administrasiyasının sığınacaq üçün müraciətləri qəbul etmə nisbəti 1,1 faizə enib. Parlamentin sualına cavabında federal hökumət, 2024-cü ilin ilk altı ayında 4,321 nəfərin ölkəni tərk etməsi barədə xəbərdarlıq edildiyini söylədi. Almaniyanın ölkəni tərk etmək istədiyi qruplar arasında türklər də var.

Almaniyaya gələn qeyri-qanuni immiqrantlar arasında türklərin sayı artarkən, sığınacaq müraciətlərinin qəbul nisbəti 2023-cü ilin sonuna qədər yüzdə 1,1-ə düşüb.

2023-cü ildə qərar verilən 24 min 131 sığınacaq müraciəti üçün ortalama qəbul nisbəti yüzdə 13 oldu. Bu o deməkdir ki, çoxlu qaçqının geri göndərilməsi ilə bağlı qərar veriləcək.

İlk 4 ayda 4 min 321 adam

DW Türk xəbərlərinə görə, Almaniyada ilin ilk 6 ayında 4 min 321 nəfərin ölkəni tərk etmələri üçün bildiriş aldığı açıqlanıb.

Müxalifətdəki Sol Partiyanın federal hökumətə verdiyi parlament sualının cavabına görə, Almaniyada 2024-cü ilin birinci yarısında 4321 nəfərə ölkəni tərk etmək əmri verilib. Bunların arasında ən böyük qruplar albanlar, gürcülər, türklər, moldovalılar və əlcəzairlilərdir.